Çinin Uhan şəhərində ortaya çıxdıqdan sonra qlobal bir epidemiyaya çevrilən və dünyada 10 mindən çox insanın ölümünə səbəb olan koronavirus epidemiyası ABŞ-da bir ailəni məhv etdi.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, 14 min 340 adamın aktiv virusa yoluxduğunu və 217 nəfərin həyatını itirdiyi ABŞ-ın New-Jersey əyalətində yaşayan Fusco ailəsinin dörd üzvü ard-arda karantində həyatını itirib.