Hindistanda dəhşətli cinayət hadisəsi baş verib.

Unikal.org məlumat verir ki, Hindistanda avtobusda səyahət edən gənc qadın 5 sərnişin və avtobus sürücüsü tərəfindən zorakılığa məruz qalıb. Daha sonra cani şəxslər qadına təcavüz edib, öldürərək  yol kənarına atıblar. Aparılan polis axtarma əməliyyatı nəticəsində təcavüzü törədən şəxslər həbs olunaraq, barələrində cinayət işi açılıb.

Qeyd edək ki, hadisəni törədən şəxslərdən 4-ü Hindistan qanunlarına, əsasən, ölüm cəzasına məhkum edilib.