Gürcüstanda koronavirusa daha bir yoluxma halı təsdiqlənib.

Unikal.org xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin koronavirusla bağlı yaratdığı xüsusi rəsmi saytda bildirilib.

Bununla koronavirusa yoluxanların sayı 44-ə çatıb.

Qeyd edilir ki, hazırda karantində 1 925, stasionar nəzarətdə isə 271 nəfər saxlanılır.

Koronavirusa yoluxan pasiyentlərdən biri tam sağalaraq evə buraxılıb.