Koronavirus pandemiyası üzündən bir il müddətinə təxirə salınan AVRO-2020 adını dəyişməyəcək.
Unikal.org xəbər verir ki, bu xəbəri UEFA-nın mətbuat xidməti yayıb.
Məlumatda bildirilir ki, yarış 2021-ci ildə keçirilsə də rəsmi adı “UEFA AVRO-2020” kimi qalacaq.
Qeyd edək ki, AVRO-2020-nin final mərhələsi 2021-ci il iyunun 11-dən iyulun 11-dək 12 şəhərdə, o cümlədən Bakıda keçiriləcək.