Səhiyyə Nazirliyinin İctimaiyyətlə Əlaqələr və Məlumat Mərkəzinin rəhbəri ölkədə yeni koronavirus (COVID19) nəticəsində indiyədək ölənlərin sayını açıqlayıb.
Unikal.org xəbər verir ki, İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinin mәtbuat xidmәtinin rәhbәri Kiyanuş Cahanpur deyib ki, bu gündək 1556 adamın virus səbəbiylə öldüyünü və 7,5% sağaldığını açıqladı.
K.Cahanpurun sözlərinə görə, ötən sutka ərzində 123 nəfər dünyasını dəyişib. Cahanpur әlavә edib ki, ötәn sutkada 966 nәfәrin bu virusa yoluxması tәsdiqini tapıb.
Cahanpur deyib ki, ümumilikdə 20 610 nəfər bu virusa yoluxub.
Nazirlik rәsmisi 7 635 nәfәrin sağaldığını deyib.
Həmçinin bildirib ki, təcili tədbirlər nəticəsində İranın 13 vilayətində koronavirusa yoluxma halı azalıb. Bu günədək 28 milyon insan testdən keçirilib və virus daşıyıcısı olanlar dərhal karantinə alınıblar.