Rol aldığı Ceyms Bond filmləri ilə məşhurlaşan Daniel Kreyq mirasını uşaqlarına verməyəcəyini açıqlayıb.

Unikal.org xəbər verir ki, o, 125 milyon sterlinq sərvəti üçün başqa planları olduğunu bildirib.

"Övladlarıma yüksək miqdarda pul miras qoymağı düşünmürəm. Məncə, miras çox uğursuz bir şeydir. Mənim fəlsəfəm bu puldan qurtulmaqdır", - deyə aktyor vurğulayıb.