Rusiya İnsan Sağlamlığı və İstehlakçıların Hüquqlarının Müdafiəsi Agentliyi (Rospotrebnadzor) koronavirusa qarşı hazırlanmış peyvənd prototiplərinin sınaqlarına başlandığını elan edib.

Unikal.org Rusiya KİV-ə istinadən məlumat verir ki, koronavirusa qarşı hazırlanmış peyvənd prototipləri sınaqdan keçirilməyə başlayıb.

Belə ki, prototiplər Vektor Dövlət Virusologiya və Biotexnologiya Mərkəzi tərəfindən mümkün qədər tez hazırlanmışdır. Elm adamları hazırda heyvanlar üzərində immunizasiya tədqiqatları aparılaraq, virusa qarşı hazırlanan peyvəndin ilin sonunda tətbiq edilməsi barədə mətbuata açıqlama verib.