Gürcüstanda yeni tip koronavirusa (Covid-19 )yoluxan şəxslərin sayı 54 nəfərə çatıb.

Unikal.org xəbər verir ki, hazırda ölkə üzrə karantinə alınanların sayı 1966 nəfər təşkil edir, 259 nəfər isə stasionar şəraitdə müalicə alır.

Qeyd edək ki, ölkədə virusa yoluxma ilk dəfə fevralın 26-da təsdiqlənib.