Fransada COVID-19 epidemiyasına yoluxanların sayı artıb.
Unikal.org xəbər verir ki, bu barədə Fransanın Səhiyyə üzrə baş direktoru Jerom Salomon bildirib.
O, qeyd edib ki, ölkədə koronavirusa yoluxanların sayı 16 018 nəfərə, ölənlərin sayı 674 nəfərə çatıb.
Koronavirusa yoluxanların 65 faizinin yaşı 65-dən yuxarıdır.
Son bir gün ərzində ölkədə 112 nəfər yeni virusun qurbanı olub.
Hazırda koronavirusa yoluxanların 7 240 nəfəri xəstəxanada, 1 746-sı ağır vəziyyətdə reanimasiyadadır. Xəstələrin 2 220 nəfəri sağalaraq evlərinə qayıdıblar.