Gürcüstanda koronavirus diaqnozu qoyulan daha iki pasiyent tam sağalıb.
Unikal.org xəbər verir ki, bu barədə Tbilisi Yoluxucu Xəstəliklər Xəstəxanasının tibbi direktoru Marina Ezuqbaya bildirib.
O, həmin şəxslərin artıq xəstəxananı tərk etdiklərini deyib.
M.Ezuqbaya qeyd edib ki, üç pasiyent də sağalmaq üzrədir:
“Onlar koronavirusla bağlı təkrar müayinədən sonra günün ikinci yarısında evə buraxılacaqlar”.
Qeyd edək ki, bu günə qədər qonşu ölkədə koronavirus 54 nəfərdə təsdiqlənib.