Gəncədə piyadanın vurulması ilə nəticələnən yol qəzası baş verib.
Unikal.org APA-ya istinadən xəbər verir ki, hadisə şəhərin Şah İsmayl Xətai prospektində qeydə alınıb.
Belə ki, hərəkətdə olan "Mercedes" markalı yük maşını yolu keçmək istəyən İbrahimov Ənvər Qulu oğlunu vurub.
Ağır xəsarət alan piyada xəstəxanaya yerləşdirilib. Onun sağ ayağı amputasiya edilib. Hazırda piyadanın vəziyyətinin ağır olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.