"Rabitəbank" ASC koronavirusun (COVID-19) yayılmasının qarşısının alınması ilə mübarizə istiqamətində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsünə qoşularaq həyata keçirilən tədbirlərin dəstəklənməsi üçün cari ilin 19 mart tarixində yaradılan Koronavirusla Mübarizəyə Dəstək Fonduna 150 000 manat məbləğində ianə köçürüb.
Bankdan Unikal.org-a verilən məlumata görə, müstəqil Azərbaycanın ilk kommersiya banklarından biri olan "Rabitəbank" daima sosial korporativ məsuliyyət anlayışına riayət edərək, ölkənin dayanıqlı inkişafına öz töhfəsini verməkdədir.
"Rabitəbank" koronavirusla mübarizəyə dəstək olmaqla, hər bir vətəndaşımızı dövlətin elan etdiyi karantin qaydalarına və bu istiqamətdə həyata keçirdiyi tədbirlərə riayət etməyə çağırır.