Dünya birjalarında neftin qiyməti bahalaşıb.
Unikal.org xəbər verir ki, Londonun ICE (“Inter Continental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barrelinin qiyməti 3,3% artaraq 28,04 ABŞ dolları, Nyu-Yorkun NYMEX (“NewYork Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barrelinin qiyməti isə 3,7% bahalaşaraq 24,89 ABŞ dolları təşkil edib.