Çində başlayan və bütün dünyanı təsiri altına alan koronavirusun Türkiyədə yayılmasından sonra məşhurlar cəmiyyətdən daha uzaqda yaşamağa qərar veriblər.
Unikal.org məlumat verir ki, Türkiyənin məşhur aktyoru Kıvanç Tatlıtuğ həyat yoldaşı Başak Dizer ilə birlikdə dağ evinə köçüb.
Belə ki, epidemiyadan xilas olmaq istəyən məşhur insanlar can sağlıqlarını təbiətin qoyununda keçirərək virusdan uzaq olmağam çalışıblar.
Qeyd edək ki, Türkiyədə 44 nəfər koronavirusdan həyatını itirib.