Türkiyədə dəhşətli cinayət hadisəsi baş verib.
Unikal.org xəbər verir ki, Vanda iki ailə arasında silahlı dava düşüb. Dava nəticəsində 3 nəfər aldığı silah yarasından yerindəcə ölüb. 8 nəfər isə müxtəlif xəsarət alaraq Van Dövlət Xəstəxanasına yerləşdirilib.
Hadisənin baş vermə səbəbi hələ ki, məlum deyil. Faktla bağlı araşdırma aparılır.