Dünyaca məşhur “Galli Asteriks” macəralarının illüstratoru vəfat edib.
Unikal.org məlumat verir ki, 92 yaşlı Albert Uderzo Paris yaxınlığındakı Neuilly-sur-Seine qəsəbəsindəki evində ölü tapılıb. Tibbi müayinə zamanı məşhur illüstratorun infarkt keçirdərək öldüyü məlum olub.
Qeyd edək ki, “Asteriks” və onun ən yaxın dostu “Oburiks” macəraların mətn yazarı və illüstratoru olan Albert Uderzo dünyada ilk dəfə olaraq qədim Roma tarixindən bəhs edən filmdə bu obrazların yer almasına yardımcı olub.