ABŞ-ın Pensilvaniya ştatında bazar sahibi, bir qadının yeməyə qəsdən öskürməsindən sonra 35 min dollar (60 min manat) dəyərində bir məhsulu koronavirus infeksiyası qorxusu ilə zibilə atıb.
Unikal.org məlumat verir ki, sosial şəbəkədə Hanover şəhərindəki bazardan paylaşılan videoda qadın müştərilərdən birinin qida məhsullarına qəsdən öskürdüyü görüntülər yer alıb.
Qısa zamanda qadının bu hərəkəti sosial şəbəkədə gündəm yaradıb. Hadisədən sonra bazar sahibi koronavirusdan qorxduğu üçün 35 min dollar dəyərində məhsulu zibil qutusuna atıb.
Qeyd edək ki, hadisəni törədən qadın polislər tərəfindən saxlanılıb.