“Qalatasaray” klubunun koronavirusa yoluxan vitse-prezidenti Abdurrahim Albayrak və baş məşqçisi Fatih Terimin xəstəliyə qalib gəldiyi iddia olunub.
Unikal.org xəbər verir ki, bu barədə klubun idarə heyətinin üzvü Tunc Üner məlumat verib.
Klub rəsmisi Terim və Albayrakın son koronavirus testinin neqativ çıxdığını və tezliklə xəstəxanadan evə buraxılacaqlarını deyib.
Türkiyəli Məşqçinin qızı Buse Terim isə "Twitter" hesabında etdiyi paylaşımda bu xəbərin yalan olduğunu bildirib. O, atasının yeni edilən testinin nəticəsinin hələ bəlli olmadığını qeyd edib.