Koronavirus pandemiyasında ölüm və yoluxmaların artması ilə əlaqədar dünya bazarında neftin qiyməti kəskin ucuzlaşıb.
Unikal.org xəbər verir ki, bu gecə, Brent nefti 7.3% ucuzlaşma ilə 23,07 dollaradək, Texas nefti isə 6% ucuzlaşma ilə 19,92 dollaradək düşüb.
Bakı vaxtı ilə saat 06:30-da Brent nefti 23,26 dollardan, Texas nefti isə 20,33 dolardan alıcı tapıb.
Neft qiymətləri, koronavirus üçün karantin tədbirlərinin dünyanın ən böyük iqtisadiyyatlarında artması və buna bağlı olaraq, təklifin artmaqda olduğu bir mühitdə tələbin sürətlə düşməsinin təsiri ilə 17 ilin ən aşağı səviyyəsinə düşüb.
Nyu-Yorkun NYMEX əmtəə birjasında mayda ixrac etməklə WTI markalı neftin 1 barelinin dəyəri 4,93% azalaraq 20,45 dollar təşkil edib. Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barrelinin qiyməti isə 0,90 dollar ucuzlaşaraq 20,61 dollar təşkil edib.