Müğənni İlhamə Qasımova Amerikadan qayıdarkən karantinə alınıb.
Unikal.org BiG.AZ-a istinadən xəbər verir ki, ötən gecə aparıcı Tarix Əliyevlə instaqramda canlı yayıma çıxan İlhamə karantində olan vəziyyətdən danışıb:
"Mən gələndə bilirdim ki, karantinə gedəcəm. Özümlə qış üçün qalın üst geyimi gətirmişdim. Çünki bilmirdim hara gedəcəm. Eşitmişdim ki, Masallıda və digər rayonlarda da karantin var. Dedim bəlkə istilik şəraiti olmaya bilər ya da başqa problem. Mən ətrafda olan yaşlı insanlar üçün çox narahat oluram. Niyə insanlar bu virusun ciddiliyin anlamır?! Mən Amerikada olanda varidi bu xəstəlik sadəcə bu qədər ciddi olduğun bilmirdim. Mən bu dəqiqə depressiyadayam. Koronavirus haqqında o qədər oxuyuram ki. Bu virus elə bir şeydir ki...Namərdcəsinə həyatını itirirsən, sanki boş yerə ölürsən. Bu xəstəlik imkan vermir ki, nə baş verdiyini anlayasan. 14 gün ərzində başlayır və bitir. Anamla hər gün danışıram. Onlar mənim üçün narahatdır mən onlar üçün narahatam"