Türkiyənin Hatay vilayətində yük maşının əyləcinin sıradan çıxması nəticəsində ağır yol-nəqliyyat hadisəsi baş verib.
Unikal.org Türkiyə KİV-nə istinadən xəbər verir ki, TIR əvvəlcə yol kənarında dayanan və hərəkətdə olan avtomobillərə dəydikdən sonra, yaxınlıqda yerləşən idman salonunun divarına çarpılaraq dayana bilib.
Qəzada ilkin məlumata görə, 5 adam həyatını itirdi, 15 adam yaralandı. Yaralılar təcili yardımlarla xəstəxanalara aparılıb.