UEFA ölkə çempionatlarının vaxtından əvvəl bitirilməsini istəmir.
Unikal.org xəbər verir ki, UEFA bununla bağlı quruma üzv olan 55 ölkənin milli assosiasiyasına məktub göndərib. Bu barədə “Sky Sports” nəşri məlumat yayıb. Məktubda bunlar qeyd olunub:
“İnanırıq ki, bu mərhələdə daxili yarışların ləğv olunması üçün vaxtından əvvəl verilən qərarlar əsassızdır. Futbol yaxın aylarda dövlət orqanlarının tələb etdiyi şərtlərlə yenidən başlaya bilər.
Turnirlərin qaliblərini yalnız nəticələr əsasında müəyyənləşdirmək lazımdır. Bu alınmazsa, mövsümün başa çatdırılması üçün daha başqa yollar axtarmalıyıq, çempionatın bitirilməsi son seçim olmalıdır”.
Dünən Belçikada mövsümün ləğv olunmasına qərar verilib və turnir cədvəlinin lideri “Brügge” çempion elan olunub.