İranda daha 134 nəfər koronavirusun qurbanı olub.
Unikal.org xəbər verir ki, İran Səhiyyə Nazirliyinin sözçüsü Kiyanuş Cahanpur ölkədə infeksiyadan ölənlərin sayının 3 294 nəfər olduğunu açıqlayıb.
O bildirib ki, daha 2 715 nəfərdə koronavirus aşkarlanıb və bununla da virus daşıyıcılarının sayı 53 183 nəfərə çatıb.
K.Cahanpur həmçinin 17 935 nəfərin koronavirusdan sağalaraq xəstəxanalardan buraxıldığını da vurğulayıb.