Fələstində koronavirusa görə fövqəladə vəziyyət rejimi daha bir ay uzadılıb.
Unikal.org Fələstin KİV-ə istinadən xəbər verir ki, bu barədə Fələstin dövlətinin prezidenti Mahmud Abbas sərəncam imzalayıb.
Belə ki, Fələstində mart ayının 30-a kimi fövqəladə vəziyyət rejim bir ay daha uzadılıb.
Qeyd edək ki, ölkədə koronavirusa yoluxanların sayı 160, virusdan həyatını itirənlərin sayı isə 12-yə çatıb.