Türkiyədə tez bir zamanda yayılan və 356 nəfərin həyatına son qoyan koronavirus can almaqda davam edir.
Unikal.org xəbər verir ki, koronavirus epidemiyası səbəbiylə Qocaəli ərazisində 8 aylıq hamilə qadın həyatını itirib.
Koronavirus səbəbiylə xəstəxanada müalicə alan 8 aylıq hamilə qadın edilən bütün müdaxilələrə baxmayaraq həyatını itirib.
Lakin, Betül Aydın adlı hamilə qadının 8 aylıq körpəsi əməliyyatla xilas edilib və İstanbuldakı xüsusi bir xəstəxanada müalicəyə göndərilib.
Bütün müdaxilələrə baxmayaraq, Kuvözlə birlikdə İstanbulda sövq edildiyi xüsusi xəstəxanada müalicə görən 8 aylıq körpə də həyatını itirib.
Körpə və anası bir yerdə Qocaəlidə dəfn edilib.