Koronavirus pandemiyasına görə İngiltərə Premyer Liqasındakı fasilənin müddəti uzadılıb.
Unikal.org xəbər verir ki, bu barədə çempionatın rəsmi saytı xəbər yayıb.
Bildirilib ki, oyunlar qeyri-müəyyən müddətədək təxirə salınıb. Həmçinin ölkədə virusla bağlı vəziyyət düzəlməyənə qədər oyunların keçirilməyəcəyi vurğulanıb.
Qeyd edək ki, İngiltərə Premyer Liqası martın 13-də dayandırılıb.