Gürcüstanda təsdiqlənən koronavirusa yoluxma hallarının sayı 162-yə çatıb.
Unikal.org xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin koronavirusla bağlı xüsusi rəsmi saytında bildirilib.
Koronaviruslu xəstələrin 36-sı sağalıb, biri ölüb.
Karantində 5 067, stasionar nəzarətdə isə 330 nəfər saxlanılır.