İndoneziyada koronavirusa yoluxanların sayı 2 491-ə çatıb.
Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, məlumatı İndoneziya Səhiyyə Nazirliyi açıqlamasında bildirib.
Belə ki, son 24 saat ərzində 218 nəfər virusa yoluxub. Beləliklə, İndoneziyada koronavirusa yoluxanların sayı 2 4921-ə çatıb.
Həmçinin də, İndoneziya Səhiyyə Nazirliyi Xəstəliklərə nəzarət və profilaktika üzrə idarənin başçısı Əhməd Yurianto aprelin 6-da keçirdiyi mətbuat konfransında son sutkada 11 nəfərin öldüyünü deyib. Onun sözlərinə görə, ümumilikdə 209 nəfər koronavirusun qurbanı olub.
Qeyd edək ki, mart ayının sonundan İndoneziyada fövqəladə vəziyyət rejimi tətbiq edilib.