İngiltərə Premyer Liqası klubları koronavirus pandemiyasının maddi təsirini azaltmaq üçün məvaciblərin azaldılmasını müzakirə edir.

Unikal.org İngiltərə mətbuatına istinadən xəbər verir ki, Premyer Liqanın 20 klubunun baş məşqçiləri və kapitanları arasında video-konfrans keçirilib. Klublar arasında məvaciblərin 30 faiz azaldılması müzakirə olunub. Baş məşqçilərin əksəriyyətinin bu azalmaya razı olduğu bildirilir.

Bundan başqa, “Liverpul”un baş məşqçisi Yurgen Klopp və “Vest Hem”in baş məşqçisi David Moyes klublarına məvaciblərinin azalmasını istədiklərini bildiriblər.

Futbolçuların isə məvacib azalmasına razı olmadıqları, amma müzakirələrin davam etdiyi qeyd olunur.