İspaniyanın "Real Madrid", "Atletiko" və "Barselona" klublarının sabiq baş məşqçisi Radomir Antiç dünyasını dəyişib.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, 71 yaşlı serbiyalı məşqçinin ölüm səbəbi açıqlanmayıb.

Qeyd edək ki, Radomir Antiç 1991-1992-ci illərdə "Real", 1995-2000-ci illərdə "Atletiko" və 2002-2003-cü illərdə isə "Barselona"nı çalışdırıb. Tanınmış məşqçi "Atletiko" ilə həm La Liqa, həm Kral kubokunu qazanıb.