Çində yeni növ koronavirusun (COVID-19) yayılmasından bəri son 24 saat ərzində ölüm hadisəsi baş verməyib.
Unikal.org Çin KİV-ə istinadən xəbər verir ki, Milli Səhiyyə Komissiyasının verdiyi açıqlamada, ölkədə “COVID-19” hadisələrinin yanvar ayından bəri ilk dəfə ölüm hallarına rast gəlinmədiyi bildirilib.
Komissiya açıqlamasında, son 24 saat ərzində daha 32 nəfərdə koronavirus aşkarlanaraq ümumi yoluxanların sayı 81 min 740-a çatdığını qeyd edib.