Ukrayna “Dinamo”sunun əslən azərbaycanlı sabiq futbolçusu Aleksandr Əliyev səhhətinim pisləşməsindən şikayətlənib.

Unikal.org-un məlumatına görə, 35 yaşlı keçmiş yarımmüdafiəçi bununla bağlı “instagram” hesabından paylaşım edib:
"Temperatur 37,4 - 37,5-dir. Özümü yaxşı hiss edirəm, öskürək var. Bu nədir: sadəcə xəstələndim, soyuq dəydi və ya nə? Təcili yardım çağırmağın mənası varmı? Bu gün gəzintiyə çıxmışam". 

Qeyd edək ki, Aleksandr Əliyev bir müddət öncə koronavirus pandemiyasının saxta olduğunu demişdi.