Özbəkistanda koronavirusa yoluxanların sayı 472-yə çatıb.
Unikal.org xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.
Son sutka ərzində Özbəkistanda 15 nəfər virusa yoluxub. Hazırda ölkədə 100 mindən çox insan karantindədir.
Qeyd edək ki, aprelin 6-dan ölkənin bütün vətəndaşları üçün məcburi özünütəcrid rejimi tətbiq olunur.