Malayziyanın inzibati paytaxtı Putrajaya, yeni növ koronavirusun (COVID-19) yayılması səbəbindən qırmızı zonalar elan edilmiş şəhərlər sırasına alınıb.
Unikal.org xarici KİV-ə istinadən məlumat verir ki, Səhiyyə Nazirliyinin verdiyi açıqlamada, dünən Putrajaya, Melaka və Negri Sembilan əyalətləri daxil olmaqla “Covid-19” halının sayının 40-dan çox olduğuna görə əyalətlər qırmızı bölgəyə daxil olan şəhərlər sırasına alınıb.
Qərardan sonra, Malayziya boyunca “COVID-19” yoluxmuş qırmızı bölgələrin sayı 21-ə yüksəlib.
Digər tərəfdən, Malayziyada koronavirusa yoluxanların sayı son 24 saat ərzində 170 nəfərə virus diaqnozu qoyulub və ümumi yoluxanların sayı 3 min 960-a çatıb.
Ölənlərin ümumi sayının 63-ə yüksəlməsinə baxmayaraq, sağalmış insanların sayının 1321 olduğu qeyd olunub.