ABŞ-dakı Milli Allergiya və Yoluxucu Xəstəliklər İnstitutu, ilk dəfə olaraq mikroskopla insan hüceyrələrində koronavirusun görüntülərini izləyib.
Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, ABŞ-dakı Milli Allergiya və Yoluxucu Xəstəliklər İnstitutu (NIAID) mikroskop altında insan hüceyrələrində koronavirusun (Covid-19) yayılmasını izləyib.
Belə ki, NIAID-in paylaşdığı fotolarda koronavirusun hüceyrələrdə yayılması elektron mikroskopla görüntülənib.