Cənubi Afrika lideri 72 yaşlı Tshekede Pitso vəfat edib.
Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, keçmiş liderin vəsiyyətinə, əsasən, sevimli avtomobili “Mercedes” və ağ kostyumu ilə birlikdə dəfn edilib.
Ailəsi tərəfindən edilən açıqlamada, Pitsonun sevimli avtomobili və ağ kostyumu ilə dəfn edilməsi onun son istəyi olduğu bildirilib.
“Mercedes” avtomobillərinin həvəskarı olan Cənubi Afrikanın keçmiş lideri, bir müddət Vahid Demokratik Hərəkatın üzvü olduğu üçün bütün sərvətini itirib və yalnız əlində 2 il əvvəl aldığı avtomobili qalıb.