Xəbər verdiyimiz kimi, koronavirus epidemiyasının yayılmasının qarşısının alınması üçün orta və ali məktəblərdə tədris prosesinin aprelin 20-dək dayandırıldığını nəzərə alaraq Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) təhsilin davamlılığını təmin etmək məqsədi ilə bütün dərslər onlayn tədris olunur.
Unikal.org xəbər verir ki, martın 16-dan etibarən AzMİU-da başlanmış onlayn tədrisin əhatə dairəsi ötən günlər ərzində bir az da genişlənib. Aprelin 3-dən başlayaraq universitetin magistratura pilləsində təhsil alan tələbələr distant təhsilə cəlb olunub. Zoom call proqramı ilə tədris olunan distant dərslər bütün fakültə və ixtisaslar üzrə təhsil alan magistrləri əhətə edir. Magistratura mərkəzinin direktoru Rövşən Səmədovdan aldığımız məlumata görə, bu günə qədər 8 dərs keçirilib, növbəti günlərdə dərslərin sayı artılaraq bütün qrupları əhatə edəcək.