"Formula-1" üzrə Kanada Qran Prisi yeni növ koronavirus (COVİD-19) infeksiyasının yayılması səbəbilə qeyri-müəyyən müddətə təxirə salınıb.
Unikal.org xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Kanada Qran Prisinin təşkilatçıları bildirib.
Bildirilir ki, Kanada Qran Prisi 12-14 iyul tarixlərində Monrealda baş tutmalı idi.
Qeyd edək ki, yarışlar Kanadada 1961-ci ildən keçirilir. Bu müddət ərzində Monrelda keçirilən Qran Pri üç dənə ləğv edilib: 1975, 1987 və 2009-cu illərdə.
Xatırladaq ki, dünyada koronavirusa yoluxanların ümumi sayı təxminən 1,4 milyona çatıb, 80 minə yaxın insan dünyasını dəyişib. Kanadada koronavirua 17 mindən artıq insan yoluxub, 3791 nəfərin ölümü təsdiqlənib.