İngiltərənin “Liverpul” klubunun idarəçiləri məvaciblərinin bir hissəsindən imtina ediblər.

Unikal.org İngiltərə mətbuatına istinadən xəbər verir ki, Mersisayd klubunun CEO-su Peter Mur, COO-su Endi Huz və idarəedici direktoru Billi Hoqan məvaciblərini 25 faiz azaldıblar. Klub rəsmiləri, koronavirus pandemiyasının iqtisadi təsirini azaltmaq üçün bu addımı atıblar.

Klub bir müddət əvvəl 200 işçisini tətilə göndərərək, məvaciblərini azaldacağını açıqlamışdı. Lakin ciddi etirazlardan sonra “Liverpul” hər kəsdən üzr istəyərək, bu qərarı ləğv etməli olmuşdu.