Çinin Uhan şəhərində meydana gələn və bütün dünyada yayılmağa davam edən koronavirus səbəbiylə ABŞ-da ölənlərin sayı durmadan artır.
Unikal.org xarici KİV-ə istinadən məlumat verir ki, ABŞ-da son 24 saat ərzində 918 nəfər virusun qurbanı olaraq, ümumi ölənlərin sayı 12 min 907-yə çatıb.
Qeyd edək ki, ölkədə virusa yoluxanların sayı 399 min 886-ya çatıb.