İngiltərə Premyer Liqasında top qovan futbolçular koronavirus pandemiyasının tüğyan etdiyi bir zamanda yardım kampaniyasına start veriblər.

Unikal.org xəbər verir ki, bunu “Liverpul”un kapitanı Cordan Hendersonla onun “Mançester Yunayted”dəki həmkarı Harri Maquayr açıqlayıb.

Onlar “Futbolçular birlikdə” adlı fond yaratdıqlarını və İngiltərə çempionatında oynayan bütün həmkarlarını yardım etməyə çağırıblar.

Fonda toplanacaq pul səhiyyə işçilərinə, könüllülərə və koronavirusdan daha çox əziyyət çəkən imkansız ailələrə dəstək üçün xərclənəcək.