Türkiyənin Qalatasaray İdman Klubu, Mecidiyeköydəki boş otel binasını koronavirusa ehtiyac olduğu təqdirdə xəstəxana olaraq istifadə ediləcəyi barədə məlumat paylaşıb.
Unikal.org xəbər verir ki, sarı-qırmızılılar klubu, Mecidiyeköydə otelin xəstəxana kimi istifadəsi üçün uyğun olduğunu bildirilib.
Belə ki, otel üçün planlaşdırılan və hazırda boş olan 182 otaqlı bina ehtiyac olduqda xəstəxana kimi istifadə üçün Səhiyyə Nazirliyinə veriləcəkdir. Bina xəstəxana kimi istifadə olunarsa, 13 mərtəbədə 182 xəstə otağı olacağı bildirilib. Bütün sahələrin ümumi sahəsi 16 min 966.54 kvadratmetrdir.