Türkiyədə başına 1 milyon lirə qoyulan terrorçu saxlanılıb.
Unikal.org-un xəbərə görə, bu barədə Türkiyənin Daxili İşlər Nazirliyi məlumat yayıb.
Məlumatda bildirilir ki, Muş vilayətində şübhəli avtomobil saxlanılıb.
Bu zaman avtomobildəkilərlə jandarma arasında silahlı atışma olub.
Əməliyyatda PKK-nın Ərzurum vilayəti üzrə rəhbəri, başına 1 milyon türk lirəsı qoyulan “Hayri Mava” ləqəbli Mahmud Okay yaralı halda ələ keçirilib.