Türkiyəli aparıcı Defne Samyeli sosial şəbəkədə etdiyi paylaşımla yenidən gündəmə gəlib.
Unikal.org xəbər verir ki, o, "Instagram"da makyajsız fotosunu paylaşıb. Ona gələn rəylər isə birmənalı olmayıb. Belə ki, bəzi izləyiciləri onun makyajla daha gözəl olduğunu bildiriblər.
Qeyd edək ki, Defne Samyeli bir müddət əvvəl məşhur aktyor Cem Yılmazdan qalmaqallı şəkildə ayrılmışdı.