Çinin Uhan şəhərndə meydana gələn və qısa zamanda dünyada qlobal böhrana səbəb olan koronavirus pandemiyasına yoluxanların  sayı 1 milyon 700 min nəfəri keçib.

Unikal.org COVID-19 olan ölkələrdə və bölgələrdə yeni hallar haqqında məlumatların tərtib edildiyi "Worldometer" veb saytına istinadən məlumat verir ki,  dünyada ümumi yoluxanların sayı 1 milyon 700 min 378-ə çatıb.

Ən çox virusa yoluxan ölkə 502 min 876 ilə ABŞ, ardınca 158 min 273 iddia ilə İspaniya, 147 min 577 ilə İtaliya, 124 min 869 ilə Fransa, 122 min 171 ilə Almaniya    olub. Virusun mərkəzi  Çində 81 min 953 hadisə qeydə alınıb.

10 mindən çox yoluxma halı baş verən ölkələr:

İngiltərə (73 min 758), İran (68 min 192), Türkiyə (47 min 29), Belçika (26 min 667), İsveçrə (24 min 551), Hollandiya (23 min 97), Kanada (22 min 148), Braziliya (19 min 943), Portuqaliya (15 min 472), Avstriya (13 min 561), Rusiya (11 min 917), Cənubi Koreya (10 min 450) və İsrail (10 min 408).

Keçən ilin dekabr ayında Çinin Hubey əyalətinin Uhan şəhərində meydana gələn COVID-19, təxminən 200 ölkə və bölgəyə yayılıb və pandemiyaya çevrilib.

Epidemiya səbəbi ilə dünyada 102 min 755 adam öldü, 376 min 548 yoluxmuş insan sağalıb. Hal hazırda 1 milyon 221 min 75 hal müalicə altındadır.