Avstraliyada koronavirus qurbanlarının sayı 56-ya çatıb.

Unikal.org xarici KİV-Ə istinadən məlumat verir ki, Səhiyyə naziri Brad Hazzardın verdiyi açıqlamaya görə, "COVID-19"a tutulan 91 yaşlı qadın müalicə olunduğu xəstəxanada həyatını itirib.

Beləliklə, "Covid-19"dan ölənlərin sayı Avstraliyada 56-ya yüksəlib.

Digər tərəfdən, təxminən 338 min adam üzərində edilən testlər nəticəsində, "COVID-19" daşıyıcısı olan  6 min 290 adamdan 15-nin vəziyyətinin ağır olduğu və 3 141-nin sağaldığı açıqlanıb.