Son sutka ərzində Pakistanda COVID-19 koronavirusuna yoluxanların sayı 190 nəfər artaraq 4 788-ə çatıb.

Unikal.org Pakistan mətbuatına istinadla xəbər verir ki, ölkədə ən çox yoluxma halı Pəncab əyalətində qeydə alınıb - 2336 nəfər. Sind əyalətində 1214, Xayber-Paxtunxvada 656, Bəlucistanda 220, Qilqit-Baltistanda 215 nəfər bu xəstəliyə tutulub.

İndiyədək 57 836, son sutka ərzində isə 2 457 test həyata keçirilib.

Bu günədək Pakistanda koronavirusdan 71 xəstə dünyasını dəyişib, 762 nəfər sağalıb.