Son 24 saat ərzində İranda virusa yoluxan 125 nəfər həyatını itirib.

Unikal.org xəbər verir ki, bu barədə məlumatı İranın Səhiyyə Nazirliyinin mətbuat katibi Kiyanuş Cahanpur verib.

O bildirib ki, bununla da İranda ümumilikdə ölənlərin sayı 4 min 357, yoluxanların sayı isə 70 min 29 nəfərə çatıb. Xüsusi xəstəxanalarda müalicə alan 41 min 947 nəfər sağalaraq evə buraxılıb. İranda insanların təkrar virusa yoluxması müşahidə edilməyib.