Bir neçə gün əvvəl tennisin tanınmış siması Mariya Şarapova pərəstişkarlarını sms yazmağa çağırmışdı. Sosial şəbəkədəki hesabında yerləşdirdiyi video vasitəsi ilə izləyicilərinə müraciət edən keçmiş tennisçi telefon nömrəsini yaymış və insanlardan mesaj yazaraq düşüncələrini onunla bölüşmələrini istəmişdi. 

Unikal.org xəbər verir ki, koronavirus səbəbindən özünü izolyasiya edən rus idmançı yeni açıqlamasında 40 saatda 2,2 milyon mesaj aldığını bildirib.

Şarapova mesajları oxumaqda çətinlik çəkdiyini  də deyib.