Dünyanı təsir sahəsinə alan yeni növ koronavirus (Covid-19) təhlükəsi səbəbindən İngiltərədə də ciddi karantin qaydaları tətbiq edilir.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, buna baxmayaraq hava temperaturunun 24 dərəcəyə qədər artması ilə insanlar qadağalara məhəl qoymadan Brayton dəniz kənarına axın ediblər.

İnsanların karantin qaydalarını heçə sayması səbəbindən əraziyə polis və mühafizəçilər cəlb olunub.

Qeyd edək ki, İngiltərədə 73 758 nəfər koronavirusa yoluxub, onlardan 8 958 nəfər bu səbəbdən vəfat edib.